"Crocus"a qanlı gecə - terrorçuların  hücuma   hazırlaşması ilə bağlı  yeni təfərrüatlar 
25 mart 2024 23:14 (UTC +04:00)

"Crocus"a qanlı gecə - terrorçuların hücuma hazırlaşması ilə bağlı yeni təfərrüatlar 

Martın 22-də Rusiyanın “Crocus City Hall” binasında dörd terrorçu ziyarətçilərə kütləvi atəş açıblar. Ən azı 133 nəfər ölüb. Şübhəlilər saxlanılıb, istintaq çərçivəsində hücuma hazırlıqların necə getdiyi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumata görə, terrorçuların lideri Şamsidin Fariduni olub. O, Türkiyədə olarkən kuratorlar onunla əlaqə saxlayıb pul mükafatı müqabilində terror aktı təşkil etməyi əmr ediblər. Fariduni təşkilatçıların əlaqə saxladığı yeganə şəxs olub.

Terrorçu Rusiyanın paytaxtına martın 4-də gəlib, məhz o, “məşq etdirdiyi” digər yaraqlıları təlimatlandırıb, həmçinin “rollar” paylanıb və kuratorunn hücum planını təqdim edib. Terrorçular müxtəlif yerlərdə yaşayıblar və terror aktını planlaşdırmazdan əvvəl bir-birlərini tanımayıblar.

Məlum olub ki, onlara kütləvi qətlə görə 500 min rubl (5 min dollardan çox) vəd edilib və bu pul dörd nəfər arasında bölünməli idi. Kuratordan bir neçə əməliyyatı həyatakeçirmək üçün 250 min rubl (2600 dollardan çox) avans alıblar.

Rusiya mənbələri bildirir ki, atəş açanlardan ikisi, o cümlədən Fariduni hücumdan əvvəl bir neçə dəfə “Crocus City Hall”a baş çəkib. Onlar Leps və Şamanın konsertlərindən əvvəl konsert məkanının yaxınlığında görüntüləniblər. Versiyalardan birinə görə, terrorçular zalın ciddi şəkildə mühafizə olunduğuna inandıqları üçün planlarını həyata keçirməyə tələsməyiblər, martın əvvəllərində vəziyyətlə tanış olmaq üçün binaya gəliblər.


 

# 3786
avatar

Oxşar yazılar

Parlament sədri mənimsəməyə görə həbs edildi

Parlament sədri mənimsəməyə görə həbs edildi

30 aprel 2024 , 15:52
Lənkəranda avtobus 85 yaşlı kişini vurub öldürdü

Lənkəranda avtobus 85 yaşlı kişini vurub öldürdü

30 aprel 2024 , 15:49
İtkin düşən prokurorun   meyiti tapıldı

İtkin düşən prokurorun meyiti tapıldı

30 aprel 2024 , 14:45
Baş Prokurorluqdan ƏMƏLİYYAT:  saxlanılanlar var

Baş Prokurorluqdan ƏMƏLİYYAT: saxlanılanlar var

30 aprel 2024 , 13:47
Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14