“COVID-19” pasportunun olmaması  61 nəfərə   PROBLEM YARATDI
29 yanvar 2022 09:21 (UTC +04:00)

“COVID-19” pasportunun olmaması 61 nəfərə PROBLEM YARATDI

Yanvarın 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq 171 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146
avatar

Sevinc Fərid

Oxşar yazılar