ÜST: Koronavirusdan 3584 nəfər öldü
09 mart 2020 16:30 (UTC +04:00)

ÜST: Koronavirusdan 3584 nəfər öldü

0

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 8-nə olan məlumatı açıqlayıb.

APA xəbər verir, məlumata əsasən, son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

 

Dünyada: 105 586 (3656 yeni)

Çində: 80 859 (46 yeni)

3100 ölüm halı (27 yeni)

 

Çinin xaricində:

24 727 yoluxma halı (3610 yeni)

484 ölüm halı (71 yeni)

101 ölkə/ərazi (8 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1251

Oxşar yazılar