"Azərbaycanda koronavirusa yoluxan üç nəfərin hamısının vəziyyəti stabildir, ölüm halı yoxdur. Başqa məlumat olarsa, əhali məlumatlandırılacaq".
APA-nın xəbərinə görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri bu cür ajiotaj yaradan məlumatlar yaymasınlar: "Bu gün artıq Operativ Qərargah və Baş Prokurorluq da belə xəbərlərlə bağlı məlumat yayıb".