Çoban işlədiyi fermanın qoyunlarını oğurladı -  FOTO
05 iyul 2021 19:31 (UTC +04:00)

Çoban işlədiyi fermanın qoyunlarını oğurladı - FOTO

Salyanda fermadan qoyunlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

D.Mirzəliyevin oğurladığı 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Mehman Nəbiyev

Oxşar yazılar