Hindistanda uzun müddət psixi sağlamlıq problemlərinin öhdəsindən gəlməyə çalışan 52 yaşlı kişi antidepresanları buraxdıqdan sonra inanılmaz bir hadisəyə imza atıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dərmanları dayandırdıqdan sonra cinsi orqanını kəsib.
Cinsi orqanını kökündən kəsdikdən 16 saat sonra xəstəxanaya gələn şəxsin intihar etmək niyyətində olmadığı məlum olub. 16 saatın sonunda ən yaxın səhiyyə müəssisəsinə gələn kişi yarası təmizləndikdən dərhal sonra əməliyyata aparılıb.
Ümumi narkozla yatırılan kişi 7 gün xəstəxanada qalıb. Təcili yardım həkimləri əməliyyatdan 20 gün sonra aparılan yoxlamalarda cinsiyyət orqanlarının sağaldığını görüblər.
Məlum olub ki, sidik ifrazında heç bir problemi olmadığını bildirən xəstəyə əvvəllər şizofreniya diaqnozu qoyulub və "Başımdakı səsin dediyini etdim" deyib.
Mövzu ilə bağlı danışan həkimlər bu vəziyyəti "klinqsor sindromu" olaraq izah ediblər. Klinqsor sindromu, ölmək arzusu olmadan bədənin müəyyən bir hissəsinin qəsdən zədələnməsi kimi şərh olunur.
Nadir hallarda rast gəlinən bu sindromda xəstələr ümumiyyətlə öz cinsi orqanlarına zərər verməyə meyllidirlər. 1990-cı illərdə tibb ədəbiyyatına daxil olan Klinqsor sindromunun səbəbləri arasında cinsi münaqişələrlə bağlı günah düşüncələri, depressiya, travmatik uşaqlıq illəri kimi faktorlar var.