Cinayətdə şübhəli bilinən 86 nəfər saxlanıldı
18 dekabr 2023 09:44 (UTC +04:00)

Cinayətdə şübhəli bilinən 86 nəfər saxlanıldı

16-17 dekabr tarixlərində ölkə ərazisində qeydə alınan 108, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən  Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 41 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3209

Oxşar yazılar