Çimərliklərdəki məhşur istirahət mərkəzləri cərimələndi -  FOTO
16 iyul 2021 12:31 (UTC +04:00)

Çimərliklərdəki məhşur istirahət mərkəzləri cərimələndi - FOTO

Bakıda istirahət mərkəzlərində yoxlamalar aparılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 14-də keçirilən növbəti belə tədbirlər zamanı Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Delfin” və Nardaran qəsəbəsində yerləşən “Golden Fish” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə həmin istirahət mərkəzlərinin sahibləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilən tədbir zamanı isə “Mirvari” istirahət mərkəzinin ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə həmin istirahət mərkəzinin sahibi barəsində də inzibati xəta haqqında protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar