Cəlilabadda iki "Jiquli" toqquşdu:  Ölən var
18 oktyabr 2022 16:36 (UTC +04:00)

Cəlilabadda iki "Jiquli" toqquşdu: Ölən var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb. Xəsarət alanlardan biri Cəlilabad, digəri Biləsuvar xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi dəqiqləşdirilir.

# 1605
avatar

Oxşar yazılar