Cəbrayılda sürücü minaya düşdü
02 noyabr 2022 13:20 (UTC +04:00)

Cəbrayılda sürücü minaya düşdü

0

Noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 50 yaşlı Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1837

Oxşar yazılar