Zaqatalada 17 yaşlı gəncə çaqqal hucum edib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında rayonun Bəhmətli kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü Əkrəm Mahir oğlu Qasımova hucum edən çaqqal onun sol aşağı ətrafın baldır nahiyəsinə xəsarət yetirib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Əkrəm Qasımova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd vurulub.