Türkiyə Milli Müdafiə Nazirliyinin tapşırığı əsasında Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərənin - Anıtqəbirin taqım komandiri işdən çıxarılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb zabitlərdən birinin Bülent Ersoy üçün çətir tutması olub.
Çərşənbə axşamı konserti olan Bülent Ersoy əvvəlcə Anıtqəbiri ziyarət edib. Ziyarətə əlil arabası ilə gələn Ərsoyu yağışdan qorumaq üçün çətir tutan zabitin müşayiət etdiyi görülüb. Bu görüntülər isə sosial şəbəkələrdə gündəm olub və qınanılıb.
Bundan sonra Milli Müdafiə Nazirliyi mövzu ilə əlaqədar araşdırma başladıb. İstintaq nəticəsində Anıtqəbirin taqım komandiri işdən çıxarılıb.
Həmin görüntüləri təqdim edirik.