Türkiyədə polis bölməsində insident yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Başakşehir polis bölməsində baş verib. Sağlamlığa zərər vurma və şantaj cinayətləri səbəbilə axtarışda olan E.A. saxlanılaraq, bölməyə gətirilib. Burada o, etiraz olaraq, polisləri söyüb. Qaçmağa çalışan şübhəli polisə kəllə ataraq, xəsarət yetirib.
E.A. bölmənin qarşısında saxlanılaraq, istintaqa təhvil verilib. O, ilk məhkəmədə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.