Bir gün istirahətlə 104 gün işlədi  və öldü
09 sentyabr 2024 17:20 (UTC +04:00)

Bir gün istirahətlə 104 gün işlədi və öldü

Çində 30 yaşlı kişi bir gün istirahətlə 104 gün işlədikdən sonra dünyasını dəyişib. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Çjetsyan əyalət məhkəməsi A'Baonun pnevmokok infeksiyasının səbəb olduğu çoxlu orqan çatışmazlığından öldüyünü müəyyən edib. 

Materiallarda qeyd olunur ki, vəziyyət zəif immun sistemindən qaynaqlana bilər.

Məhkəmə qərarında işçinin ölümünə görə şirkətin 20 faiz məsuliyyət daşıdığı bildirilib. Hakim ölən işçinin ailəsinə təzminat ödənilməsinə də qərar verib.

Öz növbəsində, işəgötürən A'Baonun iş yükünün məqbul olduğunu iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar