Bir avtomobil piyadanı vurdu, digəri üstündən keçdi-FOTO
16 sentyabr 2023 00:49 (UTC +04:00)

Bir avtomobil piyadanı vurdu, digəri üstündən keçdi-FOTO

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata görə, "Suzuki" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən orta yaşlı kişini vurub. Bu zaman digər nəqliyyat vasitəsi - "Toyota" markalı avtomobil piyadanın üzərindən keçib. Qəza nəticəsində piyada hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza törədən sürücülər saxlanılıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar