Binəqədidə "Toyota Prius"u QAÇIRDILAR
13 mart 2024 14:24 (UTC +04:00)

Binəqədidə "Toyota Prius"u QAÇIRDILAR

Martın 12-si gecə saatlarında Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə avtomobil həmin gün Nəsimi rayonu ərazisində tapılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd Ələkbərov “Mercedes” markalı digər avtomobili idarə edərkən saxlanılıb. 

Onun həmin avtomobili də Nərimanov rayonu ərazisindən qaçırması müəyyən olunub.

Araşdırma aparılır.

# 2619
avatar

Fidan İlqar

Oxşar yazılar