“Binə Atçılıq” Məhdud Məsuliyyətli Cəmiyyətində oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Binə Atçılıq” MMC-yə məxsus yardımçı təsərrüfatdan 4000 ABŞ dolları dəyərində 2 ədəd yəhər oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılıblar.