"Bazarstore" cərimələndi
06 iyul 2021 09:48 (UTC +04:00)

"Bazarstore" cərimələndi

“Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, supermarket barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib. İş hakim Anar İbrahimovun icraatına verilib.

Xatırladaq ki, sözügedən maddə əsasında “Bazarstore”u 8 min manatdan 10 min manatadək cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar