Başından güllələdilər, araqdan zəhərlənib  xəstəxanaya düşdü
26 iyun 2023 18:18 (UTC +04:00)

Başından güllələdilər, araqdan zəhərlənib xəstəxanaya düşdü

0

Novosibirskdə spirtli içkidən (araq) zəhərlənərək xəstəxanaya çatdırılan 7-ci sinif şagirdinin başında güllə yarası aşkarlanıb.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumata görə, 14 yaşlı oğlan sərxoş halda dava etdikdən sonra tibb müəssisəsinə yerləşdirilib. Həkimlər zərərçəkənə orta dərəcəli beyin əzilməsi, ön sümüyün xırdalanmış sınığı, sıyrıqlar və çoxsaylı qançırlar diaqnozu qoyublar. Bundan əlavə, həkimlər yeniyetmənin sağ ön sümüyündə güllə yarası aşkar ediblər.

Zərərçəkən iddia edir ki, indiki hadisədən bir neçə həftə əvvəl naməlum şəxs onu başından vuraraq qaçıb. Yeniyetmə baş verənlərin təfərrüatlarını bərpa edə bilməyib.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2276

Oxşar yazılar