Bank kartından 6 min manatdan çox  pul oğurlandı
20 fevral 2024 10:39 (UTC +04:00)

Bank kartından 6 min manatdan çox pul oğurlandı

Sumqayıtda bank kartından külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bir nəfərin bank kartından 6050 manatı oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Oxşar yazılar