Balakəndə DƏHŞƏT:  sürücü maşında diri-diri yandı - FOTO
19 avqust 2023 13:36 (UTC +04:00)

Balakəndə DƏHŞƏT: sürücü maşında diri-diri yandı - FOTO

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində Balakən rayonunun Tülü kəndi ərazisində qeydə alınıb. “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 35 yaşlı Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Oxşar yazılar