Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 91 ədəd 7,62 çaplı güllə, 22 ədəd 5,45 çaplı güllə, 1 ədəd döyüş tətbiqinə yararlı UZRQM partladıcı, 1 ədəd döyüş tətbiqinə yararlı “BP-M 75” əl qumbarası, 3 ədəd “DM-11” tüstü minası aşkar edilib.
Aşkar edilən sursatlar zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.