Aşkarlanan spirtli içkilər
26 oktyabr 2021 18:21 (UTC +04:00)

Aşkarlanan spirtli içkilər

Bakının mərkəzində 50 minlik saxta içki aşkarlandı - VİDEO

Külli miqdarda spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, üzərlərində Azərbaycanın müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin "Daewoo Damas" markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Gömrük əməkdaşlarının ərazidə keçirdiyi əməliyyat tədbiri zamanı "Daewoo Damas" markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və selofan torbalardan 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb.

Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən 2 ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1443 ədəd spirtli içkilər və 100 qutu "Davidoff gold slims" markalı siqaretlər aşkar edilib.

Qeyd edək ki, aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48502 (qırx səkkiz min beş yüz iki) manat təşkil edir.

Külli miqdarda spirtli içki aşkarlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4121

Oxşar yazılar

Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

30 mart 2025 , 18:01
Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

30 mart 2025 , 15:31