Bakıda yaşayış binasında - PARTLAYIŞ
02 fevral 2023 08:41 (UTC +04:00)

Bakıda yaşayış binasında - PARTLAYIŞ

Bu gecə saat 00:15 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər vətəndaş yanıq xəsarətləri alıb. Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

# 3438
avatar

Oxşar yazılar

Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12