Bakıda yanğın sıxlığa səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verən yanğın səbəbindən “Statistika dairəsi” istiqamətində yolda sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.