Bakıda üç piyadanı maşın vurdu - SİYAHI
12 iyun 2021 04:10 (UTC +04:00)

Bakıda üç piyadanı maşın vurdu - SİYAHI

 

Bakının Xəzər rayonunda üç piyada yol qəzası zamanı xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Mərdəkan qəsəbəsi, Pioner küçəsində baş verib.

1985-ci il təvəllüdlü Cəfərov Eldar Fikrət oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Elşad İsrail oğlu və 1961-ci il təvəllüdlü Əliyev Akif Höcət oğlu yolu keçərkən onları “NİVA” markalı avtomobil vurub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Oxşar yazılar