Bakıda ticarət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birində mağazadan 800 manat dəyərində təmir-tikinti alətləri oğurlanıb.
Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən paytaxt sakinləri T.Quliyev və N.Əhmədli saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil veriliblər.