Bakıda tanınmış influenserlərin başına şüşə atıldı-FOTO
15 mart 2023 23:10 (UTC +04:00)

Bakıda tanınmış influenserlərin başına şüşə atıldı-FOTO

Tanınmış influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin Bakıda başına pəncərədən şüşə atılıb.

Lent.az xəbər verir ki, bu barədə H.Hacıyeva “Instagram” hesabında paylaşım edib:

“Banunun mağazasından çıxarkən, gördüyünüz pəncərədən bir kişi (yəqin ki, əqli probemli) araq butulkasını düz başımın üstünə atdı. Bir saniyə tez arxaya çəkilməsəydim, o şüşə mənim başıma düşəcəkdi. Şüşəni atdıqdan sonra diqqətlə nə baş verdiyini izləyirdi. Təkrar nəsə atar deyə, ehtiyat edib mağazada gözlədik. Qızlar mağazada məlumat verdi ki, bu hadisə son günlərdir bir neçə dəfə baş verib. Məncə, bu şəxslə bağlı bir tədbir görülməlidir. Yoxsa, bir gün pəncərədən atdığı hansısa əşya kiməsə ağır xəsarət verəcək”.

Qeyd edək ki, Həmidə Hacıyeva paylaşıma “polisazərbaycan” səhifəsini də tag edib.

# 2250
avatar

Nigar Namiq

Oxşar yazılar