Bakıda gənc oğlan qəflətən dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Əhmədli qəsəbəsində "Nargilə" kafesinin yaxınlığındakı məşhur supermarketlərdən birinin ərazisində qeydə alınıb.
Bildirilir ki, adı hələ ki, bilinməyən gənc oğlan qəflətən halı pisləşərək yerə yıxılıb. hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları çağırılıb. Ancaq TTY işçilərinin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.
Mərhumun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Hadisə anının görüntülərini təqdim edirik: