Bakıda SPİRT KABUSU  davam edir: Daha bir nəfər öldü
27 fevral 2025 11:35 (UTC +04:00)

Bakıda SPİRT KABUSU davam edir: Daha bir nəfər öldü

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. 

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb.

Onun texniki spirtdən zəhərləndiyi bildirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 20-yə çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar