Bakıda ŞOK:  Uşağın cibində həbsxanaya narkotik keçirdilər
11 mart 2024 15:22 (UTC +04:00)

Bakıda ŞOK: Uşağın cibində həbsxanaya narkotik keçirdilər

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı Z.H-nin əşyalarına və üzərilərinə baxış keçirilib. Bu zaman Z.H-nin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 2214
avatar

Arzu Qurbanlı

Oxşar yazılar