Bakıda qaynaqçı sexində usta yanıb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən sexdə qeydə alınıb.
Orada işləyən 46 yaşlı Elxan Zahid oğlu Əsgərov iş görən zaman benzinin alışması nəticəsində yanıb. Nəticədə ağır yanıq xəsarətələri alan qaynaqçı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.