Bakıda sərxoş sürücü otelin qarşısında 4 NƏFƏRİ ÖLDÜRDÜ  - FOTO -VİDEO
14 iyun 2021 01:34 (UTC +04:00)

Bakıda sərxoş sürücü otelin qarşısında 4 NƏFƏRİ ÖLDÜRDÜ - FOTO-VİDEO

0

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

APA xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86316

Oxşar yazılar