Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Romance Palace” şadlıq evindən baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Umudov Rasim Bəhruz oğlu ikinci mərtəbədə məhəccərə söykənib.
Bu zaman məhəccər qırılıb və R.Umudov yerə yıxılıb.
Nəticədə o, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.