Bakıda kişi itkin düşüb.
Lent.az-ın məlumatına görə, Binəqədi qəsəbəsində yaşayan Vüsal adlı şəxs iyulun 4-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Vüsalı görənlərdən yaxınlıqdakı polis orqanına məlumat verməsi xahiş olunur.