Bakıda qəza sıxlığa səbəb olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə Heydər Əliyev prospekti, “Bağırov” tunelin çıxışında baş verib.
Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.