Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Zirə-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Babayev Dadaş Qəhrəman oğlu yolu keçərkən onu minik avtomobili ilə vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Piyadanın hər iki ayaq sümüyü sınıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Nurlan Əli