Bakıda qatar kişini vurub.
Azərbaycan Dəmir Yolları QSC-dən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün saat 08:59-da Keşlədə baş verib. 32 yaşlı Elsevən Nadir oğlu Kərimov qəfil Sumqayıt-Bakı istiqamətində hərəkətdə olan qatarın qarşısına çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir.
Qeyd edək ki, bu il ərzində insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub