Bakıda qadın sürücü ölümlə nəticələnən qəza törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində Suraxanı rayonu, Südçülük sovxozu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə 69 yaşlı Xalidə Məmmədovanı vurub.
Yaralı hadisə yerində ölüb.
Sürücü saxlanılıb, araşdırma aparılır.