Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.