Bakıda  qadını izləyib   görün nə etdilər?
22 noyabr 2022 16:14 (UTC +04:00)

Bakıda qadını izləyib görün nə etdilər?

Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfər Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək ediblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sonra onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə əlindən alıblar.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 2553
avatar

Oxşar yazılar