Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.