Bakıda qadın bank kartından 4 min manata yaxın  pul oğurladı
10 aprel 2024 13:15 (UTC +04:00)

Bakıda qadın bank kartından 4 min manata yaxın pul oğurladı

Aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

Araşdırma aparılır.

# 2118
avatar

Oxşar yazılar