İyulun 9-da Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a berilən məlumata görə, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hazırda iş üzrə istintaq davam edir.