Bakının Sabunçu rayonunda piyada qəza şəraiti yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Xətai rayon Polis İdarəsinin əməkdaşı idarə etdiyi “Mersedes” markalı avtomobillə yola çıxan piyadanı vurub. Yüngül xəsarət alan piyada polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılması təmin edilib. Sağlamlıq vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.