Bakıda piyadanı avtomobil vurdu
01 iyun 2021 04:35 (UTC +04:00)

Bakıda piyadanı avtomobil vurdu

0

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Zabrat qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Əliyev Əmrah Fəqan oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1677

Oxşar yazılar