Bakıda oğurlanan "Jiquli" Bərdədə tapıldı
15 iyul 2021 19:18 (UTC +04:00)

Bakıda oğurlanan "Jiquli" Bərdədə tapıldı

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ş.Abdullayev iyunun 29-da dövlət qeydiyyat nişanlarını çıxardığı “VAZ-2108” markalı avtomobilinin oğurlandığını bildirib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini Ağdam rayon sakini A.Məmmədovun oğurladığı müəyyən edilib. O, Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227
avatar

Mehman Nəbiyev

Oxşar yazılar