Bakıda narkotik satan 2 qardaş tutuldu
26 noyabr 2022 15:20 (UTC +04:00)

Bakıda narkotik satan 2 qardaş tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini olan iki qardaş şübhəli şəxs qismində saxlanılıb. 

Şəxsi axtarış zamanı Təbriz Həsənovdan 7 qrama yaxın metamfetamin, 8 qramdan artıq tiryək, 4 qramdan artıq heroin, qardaşı Pərvizdən isə 8 qrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 2130
avatar

Oxşar yazılar