Bakıda motosiklet qadını vurdu – 2 XƏSARƏT ALAN 
01 aprel 2022 03:21 (UTC +04:00)

Bakıda motosiklet qadını vurdu – 2 XƏSARƏT ALAN 

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Məmmədova Aytən Rafiq qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu motosiklet vurub.

Qadın və motosiklet sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Piyadanın vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1784

Oxşar yazılar