Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 21-də saat 8 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində baş verib. Ağdaş rayon sakini M.Veyisov idarə etdiyi “Toyota” markalı avtomobili Samux rayon sakini İ.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə M.Veyisovun sərnişini olan Abşeron rayon sakini Z.İsmayılova hadisə yerində ölüb.
Araşdırma aparılır.